Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
4 İyul , 2016
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin növbəti yay məktəbi 18-27 iyul tarixində keçiriləcək. Mərkəzin qış və yay məktəbləri layihəsi “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır.
Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşadıldığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.