Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
8 İyul , 2016
Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə “Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisi keçiriləcək.

Nazirlikdən bildirilib ki, iştirak etmək istəyən uşaqlar əsərlərini iyulun 30-a qədər Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.

Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək.

Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə Azərbaycanın bütün bölgələrindən istedadlı uşaqlar iştirak edə bilər. 12 yaşa qədər uşaqların iştirak edəcəyi sərgidə mövzu sərbəstdir.

Fərqlənən rəsmlərin müəlliflərinə diplomlar təqdim olunacaq.