Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
14 İyul , 2016
Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan “Buzlar diyarı” tamaşasının premyerasının vaxtı müəyyənləşib.
Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabrın 22-də Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara təqdim olunacaq.

Azərbaycan və rus dillərində nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və “ASAN xidmət” mərkəzlərində satışdadır. Biletləri yayda alanlara Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarla selfi çəkdirmək imkanı veriləcək.