Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
23 İyul , 2016
Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun sahəsi 1094 km2 olamaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun və əhalisinin üzərinə düşmüşdür.
1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğaldan öncə Ağdam rayonunda ət kombinatı, şərab zavodu, konserv zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, dəzgahqayırma zavodu mövcud idi. Eləcə də, kənd təsərrüfatı texnikumu, Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu, Musiqi və tibb texniki peşə məktəbləri , yeddi orta məktəb, bir səkkizillik məktəb, beş məktəbdənkənar uşaq müəssisəsi, bir uşaq bağçası, dörd körpə evi var idi. Ölkəşünaslıq muzeyi , Çörək muzeyi , üç kitabxana, Mədəniyyət evi, Kinoteatr, Xanoğlu türbəsi (Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr), səkkiz xəstəxana erməni işğalçıları tərəfindən dağıdılmış viran edilmişdir. Dövrünün ən füsunkar rayonlarından olan Ağdam hal-hazırda 20 ”ruhlar şəhəri” siyahısındadır.
Ağdam
İşğal olunmuşdur – 1993-cü il 23 iyul Ərazisi – 1154 km2 Əhalinin sayı – 158000 Şəhid olmuşdur – 538. Əlil olmuşdur – 587 Milli qəhrəmanlar – 17
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Sənaye və tikinti obyekti – 48
Mədəni-məişət obyekti – 598
Qəsəbə və kənd – 122
Tarixi abidə – 27
Dövlət dram teatrı