Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
26 İyul , 2016
Oktyabrın 4-5-də Rusiyanın Samara şəhərində Mstislav Rostropoviçə həsr olunmuş IX musiqi festivalı keçiriləcək. Festival Mariya Teatrının bədii rəhbəri və direktoru Valeri Gergiyevin və Samara vilayəti hökumətinin təşəbbüsü ilə təşkil edilir.

Ənənəvi olaraq Samara Akademik Opera və Balet Teatrının səhnəsində adıçəkilən teatrın simfonik orkestri V. Gergiyevin dirijorluğu ilə çıxış edəcək.

Dünya şöhrətli violonçelçi, həmyerlimiz Mstislav Rostropoviçin müstəsna istedadı və tükənməz enerjisi, şəxsiyyəti onu klassik musiqi tarixinin görkəmli nümayəndələrindən birinə çevirib. O, dünyanın 30-dan çox ölkəsinin 130-dan çox mükafatına layiq görülüb. M.Rostropoviç özünü iki böyük musiqiçinin – Sergey Prokofyev və Dmitri Şostakoviçin şagirdi və dostu hesab edib, dünya ölkələrində onların əsərlərini violonçeldə səsləndirib, habelə bu əsərlərə dirijorluq edib.