Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
26 İyul , 2016
Oktyabrın 15-də Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında, Bakıda ilk dəfə Keloğlan Masalları Müzikalı təqdim olunacaq.

Keloğlan Masalları kəndində illərcə Alma Şəkəri Festivalı keçirilirdi. Qaravəzir bu festivalı uzun müddətdir yasaqlayıb. Bunu öyrənən Keloğlan və dostları, Qaravəzir və mühafizəçilərinə baxmayaraq Alma Şəkəri Festivalını reallaşdıra biləcəklərmi? Bu suala cavab tapmaq istəyən uşaqları interaktiv müzikl-tamaşaya dəvət edirik.
Yalnız bir gün və iki seans olacaq müzikl, mahnıları, rəqsləri, qəhrəmanları, həyəcan verici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletləri 8 manatdan başlayır. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-a məxsusdu.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30