Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
5 Sentyabr , 2016
Sentyabrın 7-də L. və M.Rostropoviçlərin ev muzeyində xalq artisti, Azərbaycan violonçel məktəbinin görkəmli nümayəndəsi, professor Rasim Abdullayevə həsr olunmuş musiqi gecəsi keçiriləcək.

Muzeydən bildirilir ki, gecədə R.Abdullayevin qızı Ülviyyə Abdullayeva və L. və M. Rostropoviçlərin nəvəsi Anastasiya Mişula çıxış edəcəklər.

Bundan əlavə, tədbirdə muzeyin fondundan götürülmüş unikal şəkillərdən ibarət slaydşou və sərgi də nümayiş olunacaq.