Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
9 Sentyabr , 2016
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film 2017-ci ildə Kanadanın ikinci böyük şəhəri Torontoda ekranlara çıxarılacaq. Bu barədə Rusiyanın “RİA Novosti” agentliyinə filmin prodüseri İqor Lopatenko məlumat verib.

İ.Lopatenko deyib: “Torontoda çox maraqlı taleyi olan bir insan - Heydər Əliyev haqqında film təqdim edəcəyik. Çəkilişlər artıq başa çatıb, hazırda montaj işləri aparılır. Film 2017-ci ildə ekranlara çıxacaq”.

Xatırladaq ki, İqor Lopatenko tanınmış prodüserdir. O, Ukrayna Prodüserlər Gildiyası Rəyasət Heyətinin, Fransa Kino Xadimləri Təşkilatının, Avropa Müstəqil Prodüserlər Gildiyasının üzvüdür.