Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
7 Oktyabr , 2016
Oktyabrın 13-də, saat 15:00-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında görüş və imza günü keçiriləcək.

Görüş və imza günü şair, yazıçı, kinodramaturq, AYB-nin yaradıcılıq məsələləri üzrə katibi, “Dəfnə ağacı”, “Çaqqal nəfəsi”, "Axırıncı qatar", "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri", "Axırıncı dayanacaq" və başqa ekran əsərlərinin və “Bakı tarixindən kollaj”, “Dərvişin qeydləri”, “Evtanaziya”, “Müsibəti-Fəxrəddin”, “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?”, “Bu gündən dünənə”, “Aktrisa”, “Akvarium”, “Akvalanq”, “Çənlibel tülküsü” və s. kitabların müəllifi İlqar Fəhmiyə həsr olunacaq.

Əlaqə: 012-374-79-46; 077-370-17-81
Ünvan: Xətai M.Hadi 41a