Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
14 Oktyabr , 2016
Oktyabrın 20-də Beynəlxalq Kulinariya günü münasibətilə Bakıda ilk dəfə “Çörək” festivalı keçiriləcək.

Azərbaycan Milli Kulinariya Mərkəzindən bildirilib ki, tədbirdə ölkəmizin 24 şəhər və rayonunu təmsil edən kulinarlar iştirak edəcək. Festivalda çörək və şirniyyatlardan ibarət sərgi də təşkil olunacaq.

Tədbirdə Azərbaycanla yanaşı, Qırğızıstan, Türkiyə, Ukrayna və başqa ölkələri təmsil edən kulinarların iştirakı gözlənilir.