Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
3 Noyabr , 2016
Noyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli macarıstanlı bəstəkar Bela Partokun anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir təşkil olunacaq.

Tədbir Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, onun dünya musiqi tarixindəki xidmətlərindən danışılacaq. Gecədə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

Konsertdə bəstəkarın musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.