Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
4 Noyabr , 2016
Oktyabrın 16-da görkəmli bəstəkar, Xalq Artisti Ramiz Mustafayevin anadan olmasının 90 ili tamam olur.

Bu münasibətlə noyabrın 23-dən 26-dək Ramiz Mustafayevə həsr olunmuş musiqi festivalı keçiriləcək.

Festival çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Akademik Opera və Balet Teatrında “Ötən illərin nəğmələri” adlı mahnı gecəsi, konsert proqramları və “Vaqif” operasının premyerasının təqdimatı nəzərdə tutulur.

Qeyd edək ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələmiş, 200-dən artıq xalq mahnısını xor üçün işləmişdir. Azərbaycanda xor sənətinin bugünkü inkişafı Ramiz Mustafayevin adı ilə bağlıdır. O, 82 illik ömür yolunun 65 ilini musiqi sənətinin inkişafına həsr edib.