22 Noyabr , 2016
Nizami Kino Mərkəzində Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək.
Milyonlarla insanın ürəyini fəth etmiş aktrisa Nəsibə Zeynalova filmlərdə yaratdığı obrazlarla bir daha tamaşaçılarını sevindirəcək.
Noyabrın 23-də “Bəyin oğurlanması”, 24-də “Bizim Cəbiş müəllim”, 25-də “Qanun naminə”, 26-da isə “Qaynana” filmləri şəhər sakinlərinə və qonaqlarına təqdim olunacaq.
Filmlərə giriş sərbəstdir. Seansların saatı barədə Kino Mərkəzdən (Tel: (012) 493 28 18) məlumat almaq olar.