Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
14 Dekabr , 2016
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə dekabrın 29-30-31-də və yanvarın 1-də uşaqları Nizami Kino Mərkəzində keçiriləcək “Şaxta babanın yeni il şərgüzəştləri” adlı Yeni il şənliklərinə dəvət edir.

Şənlikdə uşaqları klounların əyləncəli şousu, müxtəlif oyunlar, viktorinalar, milli və müasir rəqslər, illuziya şousu, tanınmış estrada ulduzlarının rəngarəng çıxışları, Şaxta baba və Qar qızın digər sürpriz və hədiyyələrı gözləyir.

Əziz uşaqlar! Sizləri şənlikdə yaddaqalan xoş dəqiqələr gözləyir.