Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
21 Dekabr , 2016
Dekabrın 21-də, saat 16:00-da Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə tanınmış bəstəkar və dirijor, Azərbaycan Respublikasının xalq artisti, professor Yaşar İmanovun müəllif konserti keçiriləcək.

Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında baş tutacaq.

Konsertdə iştirakçı qismində Azərbaycan Dövlət Simli Kvarteti, solistlər: Azərbaycan Respublikasının xalq artisti Yeganə Axundova (piano), Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano), əməkdar artistlər: Səbinə Əsədova (vokal), Fərid Əliyev (vokal), Samira Aşumova (piano), Töhfə Babayeva (violin) və başqaları çıxış edəcəklər.