Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
23 Dekabr , 2016
Dekabrın 24-də Bakı Xətai Sənət Mərkəzində tanınmış fotoqrafların fotolarından ibarət sərgi açılacaq.

Bildirilib ki, fotosərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərginin keçirilməsində məqsəd vətənimizin mənzərələrini, mədəniyyətini, tarixini və istedadlı gənclərini əcnəbi dövlətlərdə tanıtmaqdır. Layihənin rəhbəri gənc fotoqraf Rüstəm İsmayılovdur.

Sərgi Dövlət Müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunacaq.

Qeyd edək ki, sözügedən layihə Norveçin Oslo şəhərində də keçirilib.