Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
28 Dekabr , 2016
Dekabrın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-in Mərkəzi Kitabxanasının uşaq şöbəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramlarına həsr olunmuş hesabat xarakterli yekun tədbir təşkil olunmuşdur.
Tədbirə il ərzində Xətai rayon MKS-in Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkil etdiyi tədbirlərdə iştirak edən qonaqlar, oxucular dəvət olunmuşdur.
Uşaq şöbəsinin işçiləri Şahnaz Cəlilova və Təranə Quliyeva iştirakçıları bayram münasibətilə təbrik etdilər və uğurlar arzuladılar. Sonra tədbirlərdə xüsusi fərqlənən iştirakçılara diplomlar təqdim olundu.
Tədbir zamanı il ərzində keçirilən tədbirlərin şəkillərindən ibarət video-slayd nümaiş olundu.
Şənlikdə iştirak edən balaca balalar şən yolka ətrafında şeirlər söylədilər, mahnılar səsləndirdilər, şən musiqi sədaları altında rəqs etdilər. Daha sonra Xanəndə Laçın Novruzov musiqi parçaları söylədi, Azər-Qafqaz qrupunun üzvləri rəqs nömrələri ilə çıxış etdilər.
Daha sonra AYB-nin üzvü şair Qəzənfər Məsimoğlu və şairə Şərqiyyə Süleymanlı saz havaları sədası altında şeirlər söylədilər.
Foto Qalereya