Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
9 Yanvar , 2017
Yanvarın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında gənc bəstəkarlar konsert proqramı ilə çıxış edəcəklər.

Konsert proqramı “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Müxtəlif ali və orta ixtisas musiqi məktəblərindən olan gənc ifaçıların qatılacağı konsertdə yalnız gənc azərbaycanlı bəstəkarların musiqi əsərləri səsləndiriləcək.