Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
11 Yanvar , 2017
İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığ ıilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. Seminarda aşağıda göstərilən məsələlər müzakirə olunacaq:

- Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi;

- Zərgərlik nümunələrinin bərpa və konservasiyası;

- Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı;

- Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması;

- Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi;

- İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər.

Seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.

İştirakçılar seminar ərzində Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin zərgərlik fondlarını, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini, “Rəsm” milli zərgərlik brendinin mağazasını ziyarət edəcəklər.

Seminar ərzində 25-27 yanvar, saat 17:30-da Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası planlaşdırılır.