Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
17 Yanvar , 2017
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar yanvarın 17-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş olunacaq.

Filmlərin nümayişi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.

Nazirlikdən bildirilib ki, bunlar Milli Qəhrəmanlar - Tofiq Hüseynov, Ələsgər Novruzov, Aqil Məmmədov, Şikar Şikarov, Sərxan Ocaqverdiyev, Pərviz Səmədov, Əliyar Əliyev, Elman Hüseynov, Zakir Yusifov, Elşad Yəhyayev, Əlif Hacıyev, Şövgiyar Abdullayev, Şahlar Hüseynov və İlqar İsmayılova həsr olunmuş “Mən Xocalını tərk etməyəcəyəm”, “Qəhrəmanlığa gedən yol”, “Məmmədov Aqil”, “Qərargah rəisi”, “Tarixdə adı qalan”, “Ata adı”, “Pəhləvan komandir”, “İlk komandir”, “Səma cəngavəri”, “Bacı yaddaşı”, “Azərbaycanlı olmaq böyük şərəfdir”, “Ana, üç günə qayıdacağam”, “Oğul dərdi” və “Ən yüksək zirvə” filmləridir.