Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
25 Yanvar , 2017
Yanvarın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Tərlan Ənginin quruluşunda “Error” tamaşası nümayiş olunacaq.

“YARAT” Müasir İncəsənət Mərkəzindən bildirilib ki, tamaşa Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət” layihəsi çərçivəsində reallaşacaq.

Prodüseri Səbuhi Məmmədov olan səhnə əsərində aktyorlar Zaur Əliyev, Abbasağa Əlizadə, Zarina Qurbanova və Dəniz Tacəddin çıxış edəcək.

Səhnə əsərində sosial-mənəvi problemlər kontekstində insan münasibətlərindən danışılır. Həmçinin tamaşa iki aləmin sərhədində qalan dörd gəncdən bəhs edir. Real dünyadan, virtual məkana və yenə də real aləmə keçid edən qəhrəmanların zamanla bağlı, sosial-mənəvi problemlərə və insani münasibətlərə olan baxışlarında illüziya yaranır.

Xoronometrajı 40 dəqiqə olan səhnə əsərinin nümayişində hər kəs iştirak edə bilər.