Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
24 Fevral , 2017
Fevralın 26-da , saat 15:00 - da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr studiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tamaşa nümayiş etdirəcək.

Tamaşa R.Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunacaq. Giriş sərbəstdir.

Qeyd edək ki, tamaşa Zərəngiz Mansurovanın “Cavab ver” poeması əsasında Larisa Tarusovanın quruluşundadır. Xoreoqraf Günəş Talıbovadır.