Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
1 Mart , 2017
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə martın 18-19-da Nizami Kino Mərkəzində “Novruz sevincləri” adlı bayram şənlikləri təşkil olunacaq.

Şənlikdə Dədə Qorqud, kosa, keçəl, Bahar qızı və nağıl qəhrəmanlarının iştirakı ilə tamaşa nümayiş olunacaq.

Həmçinin, uşaqları kosa və keçəlin əyləncəli şousu, müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir. Tanınmış müğənnilərin çıxışları və rəqslər isə bayrama xüsusi rəng qatacaq.

Bütün Bakı sakinlərini “Novruz sevincləri”ni bizimlə paylaşmağa dəvət edirik.