Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
1 Mart , 2017
Martın 2-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Eldəniz Zeynalovun 80 illiyinə həsr olunmuş anım tədbiri keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbir çərçivəsində aktyorun həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılacaq, kino mədəniyyətinin formalaşmasındakı xidmətləri vurğulanacaq.

Qeyd edək ki, E. Zeynalov 2002-ci il noyabrın 5-də Bakıda vəfat edib.