Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
31 Mart , 2017
Aprelin 14-də “Kapelhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində növbəti dəfə əl işləri festivalı keçiriləcək.

Hər il ənənəvi olaraq keçirilən sərgi 7-ci dəfədir gerçəkləşir. Festival çərçivəsində açılacaq sərgidə müxtəlif yaşlı fırça ustalarının bahar ruhlu rəngarəng əl işləri nümayiş olunacaq.

İki gün davam edəcək sərgidə əsərlərin satışı da keçiriləcək.

Qeyd edək ki, festival sözügedən məkanda ildə iki dəfə təşkil olunur.