Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
26 May , 2017
Mayın 28-də görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə mayın 30-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xatirə gecəsi keçiriləcək.

Mərkəzdən bildirilib ki, gecədə sənətkarın ömür yolundan, fəaliyyətindən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında başlayan H.Əliyev 60 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşməsinə xidmət edib. Onun böyük məharətlə ifa etdiyi muğamlar dinləyicilərin yaddaşına həmişəlik həkk olunub.