Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
20 Yanvar Faciəsi
17 İyul , 2017
Həyatı
1967-ci il iyunun 17-də Ermənistan SSR-in Vedi rayonunun Şidli kəndində anadan olub. Subay idi. Bakı soyuducular zavodunda fəhlə işləyib.

O müdhiş gecə saat 12.30-da evdən çıxıb. Valideynləri onu itkin hesab edib. Yada tutulub saxlanan adamların içində olduğuna inanıblar. Əyyub isə həmin gecə həlak olub. Yanvarın 22-də naməlum şəxs kimi Şəhidlər xiyabanında dəfn edilmişdir.

Nə ağır dərddir, ilahi. Mərhum Şəhidlər xiyabanında uyuyur. Valideynləri, əzizləri isə hələ də onu axtarır.

Ancaq martın 11-də naməlum şəhidlərin şəkillərini televiziya ilə göstərərkən məlum olmuşdur ki, Əyyub Şəhidlər xiyabanında uyuyur.

«Naxçıvan» mehmanxanasının yanında həlak olub.