Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
26 İyul , 2017
Mədəniyyət kanalı ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir.

Kanalın direktoru Ramil Qasımovun sözlərinə görə, dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti gündən-günə inkişaf edir, dünyada layiqincə təbliğ və təmsil olunur.

Müsabiqənin əsas məqsədi ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir.

Müsabiqəyə "Vətənpərvərlik", "Azərbaycan bayrağı", "Doğma Bakı" və "Milli həmrəylik" növzusunda nümuələr qəbul olunur.

Ramil Qasımov qeyd edir ki, Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Bu baxımdan da belə müsabiqələrin keçirilməsi tədqirəlayiqdir.

Onun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd eyni zamanda müasir bəstəkarlar tərəfindən yazılan mahnıların mətnlərini təmin etməkdir ki, hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən seçiləcək.

Qalib seçilən şeir nümunələrinə mahnılar bəstələnəcək, "Mədəniyyət" kanalı vasitəsilə yayımlanacaq və onlara əlavə pul mükafatı da veriləcək.

Əsərlər kompyuterdə yığılmış versiyada 3 nüsxə olaraq "Mədəniyyət" kanalına, Medeniyyet@aztv.az elektron ünvanına və ya Azərbaycan Yazıçılar Birliyinə təqdim olunmalıdır.Müsabiqəyə əsərlərin qəbulu sentyabr ayının 10-a qədər davam edəcək.

Əlavə məlumat üçün əlaqə telefonları:

(012) 408 14 58
(012) 492 14 58
(050) 492 14 58