Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
14 Sentyabr , 2017
Sentyabrın 14-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında 15 sentyabr Bilik günü ilə əlaqədar olaraq “Əmək yurdu, nur ocağı - Bilik səadət qaynağı” başlığı altında tədbir keçirildi.
Tədbirdə Xətai rayon MKS-in əməkdaşları, Xətai rayon 269 saylı orta məktəbin, Kaspi liseyinin şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-in metodisti Fərəhnisə Məmmədova ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara dövlət tərəfindən göstərilən qayğıdan danışdı.
Daha sonra kitabxananın əməkdaşları ölkə prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban Əliyevanın xüsusilə gənc nəsli diqqət mərkəzində saxladığını vurğuladılar.
Sonra çıxış edən şagirlər məktəbə, vətənə, anaya həsr olunmuş şeirlər söylədilər.
Tədbirirn sonunda “Əmək yurdu, nur ocağı - Bilik səadət qaynağı” başlığı altında sərgiyə baxış keçirildi.
Foto Qalereya