Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
18 Sentyabr , 2017
Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-in Mərkəzi Kitabxanasının əməkdaşları 18 sentyabr – Milli Musiqi günü ilə əlaqədar olaraq Süleyman Ələsgərov adına Bakı şəhəri 1 saylı İncəsənət məktəbində oldular.
Xətai rayon MKS-in əməkdaşları Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən stendin önündə fikrlər söylədilər.
Onlar qeyd etdilər ki, Üzeyir Hacıbəyov musiqisi nəinki Azərbaycanda, hətta bütün dünyada səslənir, zəngin Azərbaycan mədəniyyətini təmsil edir. Milli musiqimiz, incəsənətimiz var olduqca, onun xatirəsi də hər zaman yaşayacaq.
Daha sonra İncəsənət məktəbinin müəllim və tələbə kollektivi Üzeyir bəyin bəstələdiyi musiqilərdən parçalar səsləndirdilər.
Foto Qalereya