Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
20 Sentyabr , 2017
Sentyabrın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında “Beynəlxalq Sülh günü” münasibətilə tədbir keçirilib.
Tədbir Xətai rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunmuşdur.
Tədbirdə baş kitabxanaçı Gülzarə Quliyeva “Beynəlxalq Sülh Günü”nün mahiyyətindən söhbət açıb.
Daha sonra rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək sülhün əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial-iqtisadi və mədəni inkişaf olduğunu, hər bir cəmiyyətin, ümumiyyətlə bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu diqqətə çatdırıb. Həmçinin, vurgulanıb ki, Ümummilli lider Heydər Əliyev məhz böhranlar dövründə öz ölkəsinə sülh və sabitlik gətirməklə bugünki tərəqqimizin təməlini qoyub.
Sonda tədbir iştirakçıları ilə mövzu haqqında geniş fikir mübadiləsi aparılıb.
Foto Qalereya