Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
25 Sentyabr , 2017
Sentyabrın 25-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanası uşaq şöbəsinin əməkdaşları 27 sentyabr Ümumdünya Turizm günü ilə bağlı Mərdəkan Dendra parkına səyahət təşkil etdilər.
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanası uşaq şöbəsinin əməkdaşları və oxucuları su üzərində kataramanlar sürdülər, parkda yaşayan quşlara tamaşa etdilər və nadir ağaclarla tanış oldular.
Dendrari adı yunan dilində işlənən “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdir. Bir əsr yaşı olan park sovet rejimi qurulmamışdan əvvəl, 1890-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub.
Murtuza Muxtarov parkın ərazisini aldığı vaxt bura qayalıqlardan ibarət olub. O, parkın tonlarla torpağını Lənkərandan gətirdib. Bağın mərkəzində isə əsrarəngiz bina tikdirib. Binanın tikilməsini o, fransız memarı Plaşkoya tapşırıb.Parkda bir çox filmlər də çəkilib – “Arşın mal alan”, “Qorxma mən səninləyəm”, “Dərviş Parisi partladır”, “Başsız atlı” və b.
Foto Qalereya