Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
2 Oktyabr , 2017
Sentyabr ayının 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “İslam Həmrəyliyi ili”nə həsr edilmiş “İslam Həmrəyliyi-İslam dəyərlərinin sübutudur” adlı tədbir təşkil olundu.
Tədbirdə Xətai rayon MKS-in əməkdaşları, Xətai Rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Fəlsəfə elmləri doktoru, BDU-nun professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu” – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri, Ankara “Həqiq Söz” Akademiyasının həqiqi üzvü, İslamşünaslığın Tədrisi və Tədqiqi Elmi Mərkəzinin rəhbəri Əsədulla Qurbanov, Azərbaycanlı ilahiyyatçı - din xadimi; “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, Dini Maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Bakı şəhəri üzrə məsləhətçi Amal Məlikov, Multikulturaliz Mərkəzinin əməkdaşı, fəlsəfə elmləri doktoru Elsevər Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ramilə Qurbanlı, “Cığır” İctimai Birliyinin üzvləri iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətinindən danışdılar. Onlar Prezident İlham Əliyevin “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq" fikirini səsləndirdilər.
Daha sonra “İslam Həmrəyliyi İli” ilə bağlı İslam dəyərlərinin təbliğinə, islamın başqa dinlərlə münasibətinə, ölkəmizdəki multikultural və tolerantlıq ənənələrinə dair təbliğat-təşviqat işlərini uğurla apardığını qeyd etdilər. Ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq ölkəmizdə dini tolerantlığın qorunmasının əhəmiyyətindən,. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması Azərbaycanın dünyaya sülh, birlik və qardaşlıq mesajı verdiyini qeyd etdilər.
Tədbir zamanı “Cığır” İctimai Birliyinin üzvləri iştirakı ilə səhnəciyin, “İslam Həmrəyliyi İli” haqqında filmin nümayiş oldu. Sonda “İslam Həmrəyliyi ili”nə həsr edilmiş “sərgi və stendə baxış keçirildi.
Foto Qalereya