Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
2 Oktyabr , 2017
Oktyabrın 2-də Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında 1 oktyabr - Beynəlxalq Ahıllar gününə həsr olunmuş “Saçlarımda qar – Könlümdə bahar ” başlığı altında dəyirmi masa keçirildi.
Tədbirdə Xətai rayon MKS-in əməkdaşları, oxucuları və qonaq qismində Böyük Vətən müharibəsi veteranı Səlim Ağayev və müstəqillik tədqiqatçı, iqtisadçı-mühəndis Mirhüseyn Abbasov iştirak etdilər.
Tədbiri giriş sözü ilə MKS-in metodisti Fərəhnisə Məmmədova açaraq, ahılları 1 oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə təbrik etdi və çıxışında qeyd etdi ki,1 oktyabr Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Daha sonra Böyük Vətən müharibəsi veteranı Səlim Ağayev və müstəqillik tədqiqatçı, iqtisadçı-mühəndis Mirhüseyn Abbasov 1 oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə təşkil olunan tədbirə dəvət aldıqları üçün öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra çıxış edənlər qeyd etdilər ki, Ahıllarsız həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır.Ahıl insan hər bir ailənin möhkəmliyi, dadı-duzu deməkdir. Cəmiyyət üçün də ahıl insan əvəzolunmazdır. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir.
Sonda “Saçlarımda qar – Könlümdə bahar” başlığı altında sərgiyə baxış keçirildi və xatirə şəkilləri çəkdirildi.
Foto Qalereya