Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
5 Oktyabr , 2017
Oktyabrın 5-i Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında 5 oktyabr – Müəllimlər günü ilə əlaqədar “Şərəfli həyat yolu” adlı tədbir təşkil olunmuşdur.
Tədbirdə Xətai rayon MKS-in əməkdaşları, Sabunçu rayon 22 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Samirə Hüseynova, Yasamal rayon 53 saylı tam orta məktəbin müəlliməsi Ləman Şükürova, Sumqayıt Dövlət Universitetinin magist tələbəsi Aygül Quliyeva iştirak etdilər.
Müəllimlər gününə həsr edilmiş tədbiri Xətai rayon MKS-in metodisti Fərəhnisə Məmmədova açaraq, müəllimləri peşə bayramı münasibətilə təbrik etdi və bildirdi ki, Azərbaycan xalqının milli təfəkküründə müəllimlərimizin rolu əvəzsizdir. Məhz ona görə də cəmiyyətimiz bu şərəfli peşə sahiblərinə böyük hörmətlə yanaşır, əməklərini uca tuturlar.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı İlham Əliyevə təşəkkür etdilər.
Daha sonra Xətai rayon MKS-in əməkdaşları şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan həyatı boyu borclu olduğumuz bütün müəllimləri və onların şəxsində əsl müəllim adına layiq olan bütün müəllimləri təbrik etdilər.
Foto Qalereya