Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
26 Oktyabr , 2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir oktyabrın 27-də, saat 15:00-da Mərdəkan Mədəniyyət Sarayında təşkil olunacaq.

Yubiley gecəsində sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri, tanınmış mədəniyyət xadimləri, elm və təhsil işçiləri və aktyorun ailə üzvləri iştirak edəcəklər.