Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
8 Dekabr , 2017
Dekabrın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş “Nurlu ömrün işığı” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə "Hüseyn.Cavid Ədəbi Məclisi"nin sədri, şair Kəmaləddin Qədim, H. Cavidin nəşinin uzaq Sibirdən vətənə gətirən nümayəndə heyətinin rəhbəri Həmid Cəfərov, Filologiya elmləri üzrə fəlsəfə doktoru, şair Nizami Muradoğlu, şair, tərcüməçi Giya Paçxataşvili, Cavidşünas alim, şair Tahir Şirvanlı, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev və başqaları iştirak etdilər.
Tədbiri kitabxananın baş kitabxanaçısı Gülzadə Quliyeva açaraq, Hüseyn Cavid əfəndinin həyat və yaradıcılığı haqqında məlumat verdi.
Daha sonra qonaqlar çıxış edərək, Hüseyn Cavidin keçdiyi ömür-gün yolundan geniş bəhs etdilər. Məktəblilər ədibin şeirlərini bədii-qiraət etdilər.
Sonda Xətai rayon MKS-nin direktoru Oruc Quliyev təbbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Foto Qalereya