Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
12 Dekabr , 2017
Dekabrın 12-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə əlaqədar “Ucalığın əbədi ünvanı” adlı tədbir keçirilmişdir.
Xətai rayon MKS-in əməkdşları Ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən geniş kitab sərgisi ilə tanış oldular.
İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xətai rayon MKS-in əməkdaşı Fərəhnisə Məmmədova tədbiri bu sözlərlə başladı.” 2003 - cü ilin 12 dekabr tarixi Azərbaycan xalqının hüznlü günlərindən biri olmuşdur. Ona görə ki, azadlıq, müstəqillik xoşbəxtliyini xalqına bəxş etmiş dahi bir insanı son mənzilə yola salmaq, öz oğlunu sevən bir xalq üçün asan deyildi.”
Daha sonra çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məruzə etdilər.
Tədbir iştirakçıları sonda Ulu Öndər Heydər Əliyevinin şəkillərindən ibarət foto-stendə baxış keçirdilər və onun əziz xatirəsini hörmətlə yad etdilər.
Foto Qalereya