Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
14 Dekabr , 2017
Dekabrın 13-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Kitab ətri” layihəsinin açılışı və təqdimatı keçirildi.
Təqdimatda “Cığır” İctimai Birliyinin nümayəndələri, Bakı şəhər Kitabxanalarının əməkdaşları, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin baş məsləhətçisi Sucayət Piriyeva,“Yeni Yurd” təşkilatının sədri Mahirə Əsədova, BDU-nin müəllimləri Yeganə Mirzəyeva, Həqiqət Quliyeva, şairə Sədaqət Şıxlı, şairə Xalidə Daşlıca, yazıçı, jurnalist Manaf Məmmədov və başqa qonaqlar iştirak etdilər.
Xətai rayon MKS-nin və “Cığır” İctimai Birliyinin birgə təqdim etdiyi “Kitab ətri” layihəsinin məqsədi inkişaf edən rəngarəng dünyamızda uşaqlarımızın mütaliə aləmini zənginləşdirmək, dünya görüşünü artırmaqla hər cür yeniliklərə qarşı onların daha savadlı, zəkalı böyüməsinə təkan verməkdir.
Layihəni müzakirə edən qonaqlar söylədilər ki, dünyagörüşünü artıracaq informasiyaları texniki vasitələrdən asanlıqla əldə etmək mümkün olsa da, kitabın verdiyi bədii zövq, etik, estetik təfəkkür; bir sözlə kitabdan alınan enerji əvəzedilməzdir.
Uşaqlarda kitabxana mühitinə sevgi aşılamaq, kitabın ətrinə, kitabxananın spesifik abu havasına, kitabxanaya, kitaba bağlaya bilməklə boş zamanlarını daha səmərəli keçirmələrinə, pis vərdişlərdən, ziyanlı oyunlardan uzaqlaşdıra bilməkdir.
"Cığır " İB-nin fəallarının göstərdiyi səhnəciklər, kitaba, elmə aid şeirləri, musiqi ifaları, tədbirə xüsusi rəngarənglik qatdı.
Sonda çıxış edən Xətai rayon MKS-nin direktoru Oruc Quliyev qeyd etdi ki, 5 ay boyunca davam edəcək layihəmizdə uşaqlarımızın kitabxanaları canlandıracağına və "ən yaxşı oxucu", "ən yaxşı qələm" nominasiyalarının ən layiqli namizədlərini tapacağına böyük ümidlər bəsləyirik. "Bugünün həqiqi universitetləri kitabxanalardır" deyib oxumağa gedirik...
Foto Qalereya