Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
28 Dekabr , 2017
Dekabrın 27-də Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirildi.
Tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, oxucuları, Yeni il personajları iştirak etdilər.
Tədbir Şaxta baba, Qar qız, kloun və rəqqasənin iştirakı ilə musiqili-əyləncəli proqramla başlandı. Uşaqlar yolka ətrafında dövrə vuraraq, mahnı və şeirlər ifa etdilər.
Bayram şənliyində çıxış edən Xətai rayon MKS-nin direktoru O.Quliyev hamını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etdi. O, qeyd etdi ki, bu gün münasibəti ilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza yeni ildə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayırıq.
Foto Qalereya