Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
12 Yanvar , 2018
Həyatı
Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.

Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.

London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayelərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir.

Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.

Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrılarından birində həddindən artıq miqdarda ağrıkəsici qəbul edir.

Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.

Gənclik illəri
Cek London San Fransiskoda anadan oldu. Doğulduğu ev 1906-cı ildə San Fransisko zəlzələsi zamanı çıxan yanğın nəticəsində külə döndü.Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlat oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir. London işçi ailəsindən gəlirdi. Xüsusilə bölgə kitabxanasında kitablar oxuyaraq özünü yetişdirmişdir. 1885-ci ildə Ouidada italyan bir kəndli uşağın cəmiyyətdə yüksəlişini anladan Siqnayı oxudu. Bu romandakı obraz ədəbiyyat sahəsində hədəflərinə çatması baxımından prototipi olacaqdı.

London 1889-cu ildə Hicmott konserv fabrikində gündə 12-18 saat işləməyə başladı. Bu ağır iş şəraitində canını qurtarmaq üçün borc pul ilə qayıq alaraq dənizçiliyə başladı. 1893-cü ildə Yaponiya sahillərində suiti ovlamaq üçün səfərə çıxan dənizçilərə qoşuldu. Qayıtdıqdan sonra bir elektrik stansiyasında yenidən ağır şəraitdə işləməyə başladı. Bundan sonra işi buraxdı və Kelly-nin ordusuna qoşuldu. Beləliklə işsiz avarə həyat tərzi başlamış oldu.


London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayelərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir.1894-cü ildə Buffaloda 30 gün müddətinə həbs edilən London daha sonra Oaklanda geri qayıtdı və Oakland Litseyinə yazıldı. Burda "Aegis" məktəb jurnalında bəzi yazıları nəşr edildi. Cek London ümidsizcə Berkeley Universitetinə girməyi arzu edirdi və 1899-cı ildə yay boyunca davamlı dərs çalışdıqdan sonra bunu bacara bildi. Amma maddi problemlər səbəbi ilə 1897-ci ildə ayrılmağa məcbur oldu və diplom ala bilmədi.


Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və bir gün çox ağrıyır və həddindən artıq ağrıkəsici qəbul edir. Cek London 1916-cı il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.Onun bütün romanları xalq tərəfindən sevilir.