Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
12 Yanvar , 2018
Yanvarın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının (AGİ) təşkilatçılığı ilə “Ümid 2018” incəsənət müsabiqəsi keçiriləcək.

Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri tapmaq və onları üzə çıxartmaqdır. Müsabiqədə Gürcüstandan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları dinləniləcək.

“Ümid 2018” yarışmasında bir neçə janrlarda (folklor, klassik, estrada və incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya) iştirakçıların çıxışları gözlənilir. Yaş məhdudiyyəti yoxdur. 4 yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər.

Obyektivlik naminə çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmayacaq. Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır.

Münsiflər heyətinə Azərbaycanın əməkdar artistləri və incəsənət xadimləri daxildir.