Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
20 Yanvar Faciəsi
19 Yanvar , 2018
Həyatı
Məhəmməd Məmmədov 1942-ci ildə 15 avqustda Şərur rayonunun Danzik kəndində anadan olub. Avtomobil dəstəsində sürücü işləmişdir. altı övladı qaldı: Zəminə, Zamin, Sevinc, Elnarə, Emin, Elnurə.Yanvarın 18-də Sədərəyə hücum edildiyi vaxt Məhəmməd ermənilərin qarşısına birinci çıxıb, sutka ərzində gecə və gündüz ön cərgədə olub.19-u səhər yoldaşları onu istirahət etmək üçün evə göndərmək istəyiblər. O getməyib.Sizi belə çətin vəziyyətdə qoyub evə gedə bilmərəm deyib.Yanvarın 19-u axşam saat təxminən altı radələrində qərargah raketlərlə atəşə tutulur. 25-dən artıq adam yaralanır. Bir neçə nəfər həlak olur. Onların, içində Məhəmməd Məmmədov da var idi. Xəstəxanaya aparılarkən yolda keçinib. "Bel nahiyəsində mərmi yarası olub. Yaşadığı Yenikənd qəbiristanlığında dəfn edilib.