Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
20 Yanvar Faciəsi
12 Fevral , 2018
Həyatı
1939-cu ildə Quba rayonunda anadan olub. Ticarətdə işləyib. Səkkiz uşaq atası idi. Böyük qızı Xəyalə 1965-ci ildə anadan olub, kiçik qızı Mariyə isə 1981-ci ildə. 4 bacı, 4 qardaşdırlar. Hadisə fevral ayının 12-də təxminən saat 16.30 dəqiqədə Salyan qazarması rayonunda olub. Hadisə baş verən vaxt mərhumla bir maşında olmuş Rəcəb Əliyevin dedikləri: — Dostum Hüseynov Tofiqlə hərbi məktəbin 30-40 metrliyində bir qara rəngli taksi saxladıb, Naxçıvan mehmanxanasına tərəf getmək istədiyimizi bildirdik. Maşının qabaq oturacağında təxminən 50 yaşlı bir kişi də oturmuşdu. Maşın yerindən tərpənəndə mühərrikdən səs çıxdı. Hərbi məktəbin qapısında iki əsgər dayanmışdı. Bu vaxt onlardan biri maşını atəşə tutdu. Sürücü əlini pəncərədən bayıra çıxarıb qışqırdı ki, səs mühərrikdən çıxır. Ona fikir verən kim idi? Qabaqda oturan sərnişin bir bunu deyə bildi: — Bala, mən öldüm ki, sür... Biz aşağı əyildik. Sürücü maşını «Xəzər» kinoteatrının yanına qədər çatdıra bildi və saxladı. Biz maşın çağırıb yaralını təcili yardım xəstəxanasına göndərdik. Sonra əsgərlərin yanına getdik. Bir bunu soruşduq ki, bizim günahımız nə idi. Onların yanında olan zabitlərdən biri dedi ki, çox düzgün ediblər, kimə istəsəniz, şikayət edə bilərsiniz. Quba rayonunda dəfn edilib.

Ünvan
Quba rayonu, C. Cabbarlı küçəsi 11.