Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
13 Fevral , 2018
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcəkdir.
Müsabiqənin I turunun ilk mərhələsi 2018-ci ilin fevral-mart aylarında şəhər mərkəzi kitabxanalarında təşkil olunacaqdır. İlk turda münsiflər heyəti tərəfindən hər şəhər MKS-i üzrə bir nəfər qalib seçiləcəkdir.

Müsabiqənin ikinci mərhələsi cari ilin aprel ayı ərzində Bakı şəhəri və 15 regional mərkəz üzrə təşkil olunacaqdır. Bu mərhələdə hər bir şəhər üzrə qalib gəlmiş bədii qiraətçilər iştirak edəcəklər. Bu mərhələdə regional mədəniyyət və turizm idarələri tərəfindən müəyyənləşdirilən münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçiləcəkdir.

Müsabiqənin II turu - final mərhələsi cari ilin may ayında Bakı şəhərində təşkil olunacaq və Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər yer üzrə bir nəfər, II yer üzrə iki nəfər, III yer üzrə üç nəfər və 4 həvəsləndirici yer xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.