Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
14 Fevral , 2018
Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək

Aprelin 3-də Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Xalq Artisti Arif Babayevin 80 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

Yubiley gecəsində, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan sənətkarın və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndiriləcək.

Konsertdə ustad sənətkarın oxuduğu və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuş “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segah” muğamları, təsniflər, bəstəkar mahnıları təqdim olunacaq.