Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
21 Fevral , 2018
Həyatı
Şair Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Atası Mədət müəllim uzun illər Aslanbəyli kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi, bir dönəm məktəbin direktoru vəzifəsində çalışıb. 1967-ci ildə orta məktəbi bitirib Politexnik (indiki Texniki Universtitet) İnstitutuna daxil olub və 1972-ci ildə bir sira səbəblərdən təhsilini yarimçıq qoyub hərbi xidmətə gedib. 1974-cü ildə hərbi xidmətdən qayıdaraq elə həmin il Xalq Təsərrüfati (indiki İqtisad Universtiteti) İnstitutuna daxil olub. 1979-cu ildə institutu bitirərək ixtisasi üzrə bir çox sahələrdə çalişıb. 2003-2014-cü illərdə Azərbaycan Respublikasi Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
Fəaliyyəti
Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin bir çox tanınmış imzalarıyla tanış olur və ara sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmaga başlayır. 1991-ci ildə "Məni baxtıma tapşırma" adli ilk şeirlər kitabı işıq üzü görür. 2000- ci ildə "Biz ölməyə doguluruq", 2002-ci ildə "Quzey qönçəsi" şeirlər kitabı oxucuların ixtiyarına verilir. 2010-cu ildə isə Birinci Qarabağ Savaşı dövründə Qazağın Aşağı Əskipara kəndində erməni quldurlarına əsir düşməmək üçün özünü əl mərmisiylə məhv etmiş döyüşkən əsgər, Azərbaycan Bayrağı Ordenli şəhid Qaratel Hacımahmudovaya həsr olunmuş "Qaratel" poeması işıq üzü görüb.
Ailəsi
Aslanbəyli kəndinin Şeyx evi soyundandır. Atası Məmmədov Mədət Həmid oğlu Aslanbəyli kənd tam orta məktəbində direktor vəzifəsində çalışıb.