Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
5 Mart , 2018
Martın 5-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin əməkdaşları ilə “Cığır” İB-nin kollektivləri ilə birlikdə “Kitab ətri” layihəsinin davamı olaraq dəyirmi masa təşkil etdilər.
İlk öncə tədbiri giriş sözü ilə Nizami rayon 62 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi A.Qafarova açaraq, tədbir iştirakçılarını salamladı və bugünki tədbiri açıq elan etdi.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq şagirdlər məlumatlandırıldılar, daha sonra Xətai rayon MKS-inin əməkdaşı T.Quliyeva layihə ərzində ən fəal oxucularının adlarını qeyd etdi və onlara qeyd etdi ki, elmin yolu kitabxandan keçir, gəlin onu dəyərləndirək.
Tədbir şagirdlərin oxuduqları kitablar haqqıında sual-cavabla yekunlaşdı.
Foto Qalereya