Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
29 Mart , 2018
Aprelin 14-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə “Rock Hits Show” konserti keçiriləcək.
Saraydan bildiriblər ki, konsertdə məşhur rus dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi ilə “İP Orchestra”nın təqdimatında dünyaca məşhur rok hitlər səsləndiriləcək.
Konsertdə “The Beatles”, “Deep Purple”, “The Doors”, “Scorpions”, “Pink Floyd”, “Michael Jackson” “The Rolling Stones”, “Nirvana”, AC/DC, “Radiohead”, “The Eagles”, “Bon Jovi”, “Metallica”, “Black Sabbath”, “Depeche Mode”, “Europe”, “Muse”, “Uriah”, “Led Zeppelin”, “Queen” kimi əfsanəvi qrupların və ifaçıların mahnıları, həmçinin “Victor Tsoy”, DDT, Leninqrad kimi məşhur rus qruplarının mahnıları da tamaşaçılara təqdim olunacaq.
Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.