Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
6 Aprel , 2018
Aprelin 9-da P.İ.Çaykovksi adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında XX əsrin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert olacaq.

Xatirə gecəsində yubilyarın əsərləri ilə yanaşı, Qara Qarayevlə dostluq etmiş və onu dəstəkləmiş D.Şostakoviçin “Hamlet” kinofilminə yazdığı musiqidən süita, habelə Qarayevlər sülaləsinin bəstəkarlıq ənənələrini ləyaqətlə davam etdirən Fərəc Qarayerin “Tristessa I” əsəri səslənəcək.

Yubiley gecəsində Moskva Konservatoriyasının Simfonik Konsert Orkestri, dirijor Anatoli Lyovin, solistlər Dinara Əliyeva (soprano), Nikita Borisoqlebski (skripka) iştirak edəcəklər. Sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov böyük bəstəkarın yaradıcılığı barədə məlumat verəcək.